
Antioksidant orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Orqanizmdə hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.
Antioksidantı yüksək olan yeməklər Oksigen Radikalı Əmmə Tutumu (ORƏT) yüksək olan qidalar kimi adlandırılır. Gündə insan 3000-5000 ORƏT dəyərində qida qəbul edərsə, onun immun sistemi bir o qədər sərbəst radikalların hücumundan qorunar.
Antioksidantlar:
- İmmunitet sistemini gücləndirir
- Yaşlanma təsirlərinin azalmasına (anti-aging) köməkçi olur
- Bağ toxumasını gücləndirərək dəri sallanmasına mane olur
- Orqanizmdə xərçəngə qarşı mübarizə çəpəri yaradır
- Qan dövranının yaxşılaşmasına kömək edir
- Oynaqlarda bükülmə çətinliyinə qarşı hərəkəti asanlaşdırır
- Ürək və damar sistemindəki toxumalara elastiklik verir və ürək sağlamlığının qorunmasına köməkçi olur
- Xüsusilə siqaret çəkənlər, spirtli içki qəbul edənlər və hamiləliyə qarşı həb istifadə edənlər üçün çox qiymətlidir
- Qırışıqlara qarşı kosmetik vasitə kimi istifadə edilir. Dərinin elastik, yumşaq və daha da qırışıqsız olmasına kömək edir.
Qida yoluyla alınan antioksidanlar :
A Vitamini: Ərik, kök, pomidor, portağal, ispanaq, brokkoli, şaftalı, kələm kimi yaşıl-sarı tərəvəz-meyvələr, qaraciyər, balıq, süd və yumurta ən zəngin A vitamini qaynaqlarıdır.
C Vitamini: Cəfəri, yaşıl bibər, ispanaq, üzüm yarpağı, brokoli kimi yaşıl tərəvəzlər, sitrus bitkiləri, çiyələk, itburnu, böyürtkən, tut, qarağat və albalıda var.
E Vitamini: Bitki mənşəli maye yağlar, yaşıl yarpaqlı tərəvəzlər, yağlı toxumlar və bunlardan əldə edilən yağlar, taxıl dənələri və quru paxlalılar ən yaxşı E vitamini qaynaqlarıdır.
Flavonoidlər: Soğan, kəvər, kartof, kələm, brokoli, ispanaq, çiyələk, alma, gilənar, albalı, ərik, qara üzüm, qırmızı şərab, sitrus bitkiləri, yaşıl çay ən məşhur qaynaqlarıdır.
Selenium: Tərkibində selenium olan qidalar yetişdiyi torpağın selenium miqdarına bağlı olaraq taxıl məhsullarında və paxlalılarda, ət, böyrək, ürək kimi içalatlarda, balıq və dəniz məhsullarında tapılır.
Sink: ət, süd, pendir, yumurta, dəniz məhsulları və balıq kimi heyvan mənşəli qidaların hamısı sinklə zəngindir. Bundan əlavə bütün taxıl məhsulları, quru paxlalılar, soya paxlası və günəbaxan tumu da yaxşı sink qaynaqlarıdır.