
İnsanlar kor-təbii, hər gördüyü diyet proqramını öz üzərində tətbiq edə bilməz. Bu səbəbdən Diyetologiya elmi olduqca qəlizdir, çünkü burada insan bədəni üzərində individual iş getməlidir. Pəhriz proqramları hər bir insan üçün fərdi olmalıdır: Bir insanın problemlərini, səhhətini, psixoloji durumunu nəzərə almadan onun çəkisini azaltmaq mümkün deyil. Çəki artımının səbəbi önəmlidir. Bir çox insanlar internetdən götürülən diet proqramlarına müraciət edirlər. Bu edilən ilk və ən böyük yanlışdır.