
İtirmək hər zaman üzücü deyil - Yağları əridərək daha tez çəki itirin !
Sağlam olmaq o qədər də çətin deyil. İnsanın həyatı üçün ən zərərli iki şey piylənmə və siqaretdir. Əlbəttə, bir çox digər amillər var, amma bu iki faktor əsasdır. Ümumiyyətlə, idmanla məşğul olmaq və aktivlik hər zaman çox yaxşıdır.. Həm də xoşbəxt və dinc bir mühitdə, stresssiz yaşamaq, istədiyini etmək və bunun üçün sağlam düşüncəyə sahib olmaq çox önəmlidir.
Sağlam olmağın əsası yediklərinizə diqqət etməniz,yəni onların kalori və vitamin dəyərinə baxmanızdır. Əlbəttə ki, bunu ən yaxşı mütəxəssiz diyetoloqlar billir. Burada əsas nüans qəbul etdiklərnizin, sərf etdiklərinizdən çox olmamasıdır.
Qidalanma orqanizmi enerji ilə təchiz edərək orqanizmdəki bütün mühüm funksiyaların fəaliyyətinə yardım edir. Bu vacib prosesin sağlam formada həyata keçməsi bizim üçün vacibdir və bir o qədər də bizdən asılıdır.
Düzgün qidalanma və sağlam həyat tərzi bir-birindən ayrılmaz anlayışlardır.
Çox saylı araşdırmalar nəticəsində belə qənaətə gəlinmişdir ki, qeydə alınan bütün xərçəng xəstəliklərinin 27-39%-nin qarşısını sağlam pəhriz, fiziki aktivlik və bədən çəkisinin norma daxilində saxlanması ilə almaq mümkündür.
Qidalanmanın düzgün olması və orqanizmə fayda qatması üçün bəzi qaydaya əməl etməliyik. Hərşeydən öncə çalışın qidanız təbii olsun və heç bir qatqı maddəsindən istifadə olunmasın.