
Yağlar
Lipidlər yağlar və yağabənzər maddələri özündə cəmləşdirir. Onlar əsas qida maddələrinə aid olub, tarazlaşdırılmış qidalanmanın vacib komponenti sayılırlar. Onlar enerji mənbəyi olmaqla bərabər, zülallar kimi plastiki material rolunu oynayırlar. Yağlar hüceyrə qişasında və hüceyrədaxili yığılmalar şəklində zülallarla birlikdə birləşmələr halında fizioloji reaksiyaların getməsi üçün hüceyrə daxilinə suyun, duzun, aminturşular və şəkərlərin və digər maddələrin keçməsi və hüceyrələrdən mübadilə olunmuş məhsulların kənar olunması üçün mühüm rol oynayırlar. Bununla bərabər onlar xörəyin dad xüsusiyyətini, onun qidalılıq dəyərini artırırlar.
Qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün həm heyvanat mənşəli, həm də bitki mənşəli yağlar qəbul olunmalıdır. Ümumi yağın 70%-i heyvan yağı, 30%-i isə bitki yağı olmalıdır. Pambıq və soya yağı qida məqsədləri üçün yalnız rafınadlaşdırılmış şəkildə istifadə olunmalıdır. Yağların isti emal zamanı qidalıq dəyərlərinin dəyişilməsi temperaturadan və isti emalın davametmə müddətindən asılıdır. Bunlar artıq olduqda, bioloji aktiv maddələrin artırılmasına səbəb olurlar.
Orqanizmin hüceyrələrində, yağlar və lipidlər daim parçalanır və yenidən sintez olunurlar. İnsan orqanizminin yağlara olan tələbatı yüksəkdir, yaşdan, cinsdən və iş şəraitindən asılıdır. Qidanın tərkibində bitki və heyvanat yağlarının nisbətlərinin optimal saxlanılması bioloji cəhətdən çox əhəmiyyətlidir. Qidada zülal və yağ nisbətlərinin optimallığı da böyük əhəmiyyət kəsb edir. Cavan və orta yaşlı adamların qidasında zülal yağ nisbəti I:I kimi olmalıdır. Yağlara olan tələbat iqlim şəraitindən də xeyli asılıdır. Soyuq iqlim şəraitində bu tələbat yüksəkdir. İsti şəraitdə, xüsusilə cənub zonalarda orqanizmin tələb olunan sutkalıq kalorisinin ancaq 27-30 faizini yağlar ödəyir. Yaşlı və qoca adamlarda isə qida yağlarına olan tələbat xeyli azalır.
Yağ mübadiləsi-neytral yağların (triqliseridlərin) və onların parçalanma məhsullarının mədə-bağırsaq sistemində həzmi, mənimsənilməsi və yağların, onların mübadilə məhsullarının orqnizmdən xaric edilməsidir.”Yağ mübadiləsi” anlayışı sinonim kimi tez-tez ”lipid mübadiləsi” ilə əvəz olunur.