
Zülallar
Əgər sağlam qidalanmaya başlamışıqsa, burada qidalanmada əhəmiyyətli bir yerə sahib olan zülallar həm sağlam çəki atmaq ,həm də gözəl bir görünüşə sahib olmaq üçün əsas şərtdir.
Züllarlar insanaların həm istehlak həm də istehsal etdiyi mürəkkəb və bir o qədər də vacib maddələrdir, hansı ki, hər bir canlının həyatda qalmaq üçün bu maddələrə ehtiyyacı var.
Zülallar bir çox amin turşusunun birləşməsindən yaranan və əhəmiyyətli qida qaynağı olan üzvi birləşmələrdir. Zülal insan orqanizminin ehtiyyacı olan azotun yeganə mənbəyidir. Gündəlik olaraq yetəri qədər zülal qəbulu tarazlaşdırılmış metabolizma və güclü immun sistemi üçün olduqca önəmlidir. Həmçinin zülallar qandakı oksigenin daşınmasını da təmin edir.
Tamamlanmış və tamamlanmamış zülallar vardır. Tamamlanmış zülal dedikdə ət, balıq, toyuq, yumurta, südvə digər bu kimi heyvani qidalar nəzərdə tutulur. Maraqlı və gülüş doğuran bir faktda vardır ki, əvvəllər zülal dedikdə ağıla yalnız yumurta ağı gəlirdi) Bunlara tamamlanmış deməkdə məqsəd odur ki, bu zülal qaynaqlarında yeni zülal yarada biləcək kifayət qədər amin turşuları mövcuddur. Məsələn sadaladığımız qidalardan hansısa birini yeyən adamın orqanizmi yeni zülal istehsal etmək üçün tam hazırdır deməkdir.
Tamamlanmamış zülallar isə meyvə,tərəvəz,taxıl, paxlalılarda mövcuddur. Bunlar da olduqca əhəmiyyətli qidalardır lakin bunların tərkibində bəzi amin turşular əskikdir.
Zülal ehtiyyacınızı çəki almadan qarşılamaq istəyirsinizsə, ən yaxşı zülal mənbəyi olan qırmızı əti tərəvəzlərlə birgə istehlak etməlisiniz. Ət məhsullarını qızartmaq yerinəs obada bişirməyi yaxud qaynatmağı sınaya bilərsiniz. Məsələn zülal qaynağı olan pendirlərdən az kalorili və yağsız olanı seçilməlidir.
- Yeni əzələ qatı yaradır. Bədənin yeni əzələ kütləsini yaratmaq üçün zülala ehtiyacı var. İdman edirsinizsə və kafi miqdarda zülal ala bilmirsinizsə tez yorula və əzələ zədələnməsi yaşaya bilərsiniz. Bu səbəblə kifayət qədər zülal almadan özününü enerjili hiss edə bilməzsiniz.
- Triptopan quruluş daşlarını əngəlləyir. Zülal almamaq triptopan quruluş daşlarının inkişafına səbəb ola bilər. Bu quruluş daşları keyləşməyə və narahatlığa səbəb olan bir amin turşudur.
- Xolestrol atımını əngəlləyir. Yüksək xolesterol, bədəninizdəki iltihablanmalar və yüksək şəkərli qidalanma nəticəsində ortaya çıxır. Şəkərli qidalarınızı zülal ehtiva edən qidalarla dəyişdirsəniz, xolesterolun artımını və saydığımız digər xəstəlikləri əngəlləyə bilərsiniz.
- Sinir funksiyalarını idarə edir. Bədəninizin sinir funksiyalarını yerinə gətirə bilmək üçün zülala ehtiyacı var. Qeyri-kafi diqqət, motivasiya çatışmazlığı, öyrənməkdə çətinlik zülal çatışmazlığına işarə edir.