
Qidaları tanıyın
Sağlam qidalanma bədənimiz və zehnimiz üçün olduqa vacibdir. Həmçinin biz sağlam və düzgün qidalandığımız zaman bu bizim əhvalımıza da təsir edir və bunun ta nəticəsində məhsuldarlığımız artır. Conni Bovdenin qələmə aldığı "The 150
Healthiest Foods On Earth" (Dünyanın ən sağlam 150 qidası) adlı kitaba istinad edərək, orada da adları olan bəzi sağlam qidaları tanıyaq :
- Alma - dəmir, A-C vitamini mənbəyi olan immuniteti gücləndirir, infarkt riskini azaldır. Gecə yatmazdan əvvəl bir alma yeyib yatmaq, mədə üçün çox xeyirlidir. Ağciyər xərçəngi, astma, diabetdən qoruyur. Sümükləri gücləndirən kalsium ilə zəngindir. Yeməkdən 30 dəqiqə əvvəl yeyildikdə iştahı azaldır.
- Yaşıl çay - nəfəs borusu xəstəlikləri,o cümlədən mədə xərçənginə tutulma riskini azaldır.
- Yumurta – yüksək miqdarda B12 ehtiva edər. B12 isə Alzheimer xəstəliyinin müalicəsində olduqca əhəmiyyətli bir qida maddəsidir. Ancaq çox yumurta yemək xüsusilə xolestrol üçün zərərli ola bilər. Yumurta beyin sağlamlığı üçün son dərəcə əhəmiyyətlidir.
- Moruq - C vitamini, kalsium, dəmir, folikasitlə zəngindir.Virus və bakteriyalardan qoruyur, xərçəng yaranma riskini azaldır. Giləmeyvələr içərisndə ən güclü antioksidantdır.
- Kələm - C vitamini, az miqdarda B vitamini, kalsiumlu ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə mübarizə aparır.
- Brokkoli - maqnezium, A və C vitamini ilə zəngindir. Brokkoli həm də dəri xərçəngindən qoruyur, əmələ gəlməsinin qarşısını alır, əzələləri gücləndirir.
- Gül kələmi - C vitamininin əsl mənbəyi olan gül kələmi eyni zamanda B5, B6 vitamini, kalium, maqneziyum və omeqa -3 yağ turşularının mənbəyidir. Tərkibi yüksək miqdarda liflə zəngindir və kalori miqdarı azdır. Prostat, kolorektal və ağciyər xərçənginin yaranma riskini azaldır. Qaraciyərin işini rahatlaşdırır və turşu maddələri orqanizmdən xaric edir.
- Qoz-fındıq - B və E vitamini, dəmirlə zəngindir. Sakitləşdirir, yuxu gətirir və stresi azaldır.
- Qreyfurt- Folikasit, C vitamini var. Qan təzyiqini azaldır, qan yaradır.
- Qırmızı ət – Omeqa 3 vitamini ilə zəngindir. Lazımi miqdarda istifadə edildiyində, xərçəngdən qoruyur. Protein və B12 vitamini mənbəyidir.
- Portağal – B və C vitamini, kalsium, seleniumla bol olan meyvə bədəndəki artıq suyun ifraz edilməsinə kömək edir.
- Banan - B6 vitamini, maqnezium var. Əsəbləri sakitləşdirir və rahat yatmağa kömək edir.
- Buğda - beyni və sinirləri qidalandırır,yaddaşı və zehni gücləndirir. Cücərdilmiş buğdanı ac qarına səhərlər bir xörək qaşığı yeməklə siz qocalmadan qurtula bilərsiz.
- Lobya – dəmir, kalsium, B və C vitamini , protein tərkibli bu məhsul qan və hüceyrə yaranmasına kömək edir.
- Göbələk - Kalsium, maqnezium tərkibli göbələk əzələləri gücləndirir, saç və dırnaqlara faydalıdır.
- Dəniz məhsulları – tərkiblərində omeqa 3 yağ asidi olur. Xolestrolu tənzimləyir, infarkt riskinin azaldır.
- Alça – dəmir və B vitamini ilə boldur. Bədəndəki artıq suyun çıxarılmasına yol açır, enerji verir.
- Pomidor -folikasitlə zəngin olan bu tərəvəz hüceyrələri yeniləyir və ürək-damar xəstəliklərindən qoruyur.
- İspanaq - A, E vitamini folikasit, maqnezium ilə zəngindir. Sinirləri gücləndirir. Xüsusilə hamilə qadınlar üçün çox gərəkli qidadır. Dünyanın ən sağlam qidalar;ndan biri ispanaq enerji ilə dolu olmaqla yanaşı həmdə aşağı kalorilidir.
- Kartof - tərkibində minerallar, C vitamini, protein var. Xərçəngdən qoruyur, bədəni toksinlərdən təmizləyir.
- Qırmızı üzüm – yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır.
- Kivi - C vitamini və müxtəlif minerallar ilə zəngindir. Çəkinin azaldır, immuniteti gücləndirir.
- Mərcimək - lobya lif və protein ehtiva edir və hər bir yeməyə əla dad və faktura verir. Veganlar və vegetarianlar tez-tez ənənəvi reseptlərdə ət üçün bir əvəz kimi mərcimək istifadə edirlər. Mərcimək yorğunluğu aradan qaldırır, stersdən qoruyur.
- Qarğıdalı - maqnezium və B vitamini mənbəyidir. Streslə savaşır, bağırsaq xərçənginin qarşısını alır.
- Pendir - protein, kalsium var. Sümükləri gücləndirir, sinirləri qoruyur
- Qatıq - ağartı kalsium, B12 vitamini ilə zəngindir. Bağırsaq xərçənginə yoluxmadan qoruyur.
- Süd-kalsim, D, A və B2 vitaminləri ilə zəngindir. Sümükləri gücləndirir, bağırsaq xərçənginə qarşı faydalıdır.
- Bibər - A və C vitamini ilə bol bibər baş ağrısının dərmanıdır.
- Sarımsaq- immuniteti gücləndirir, soyuqdəymə və infeksion xəstəliklərindən qoruyur.