
Vitamin və minerallar
Bədənimiz o qədər mineral, vitamin içindən yalnız 2 vitamin istehsal edə bilir. Lakin bədənimizi digər vitamin və minerallardan məhrum etməməliyik.
Vitaminlər iki qrupa bölünür
- suda həll olan (C vitamini və B qrupu vitaminlər)
- yağda həll olan (A,D,E,K) vitaminlər
Bəs gündəlik ehtiyyacımız olan bu vitamin və minerallar hansılardır?
Kalium - Böyrək daşlarının meydana gəlməsi və sümük toxumasının resorbsiyası riskini azaldır. Kalium əldə edə biləcəyiniz məhsullar; kartof, pomidor, ispanaq, yerkökü, noxud, qatıq, balıq, banan.
Kalsium - haqqında danışarkən ağla gələn ilk şey sümüklərin inkişafı və sağlamlığıdır. Ürəyi qoruyur. O, həmçinin xərçəngdən də qoruyur. Kalsium əldə edə biləcəyiniz məhsullar; süd, qatıq və s.
Maqnezium - Qan təzyiqi, sümükləri və immunitet sistemini gücləndirmək üçün lazımdır. Maqnezium əldə edə biləcəyiniz məhsullar: qoz-fındıq, yulaf, lobya, mərcimək.
Xlor - sağlam hüceyrələrin istehsalı və onların davamlılığını təmin etmək üçün vacibdir. O əzələ və sinir funksiyaları üçün də vacibdir. Xloru əldə edə biləcəyiniz məhsullar; yumurta, qurudulmuş paxlalılar, noxud və s.
A Vitamini - Bu göz sağlamlığı və immun sistemi üçün vacibdir. Vitamin A əldə edə bilərsiniz; tünd və açıq yaşıl tərəvəz, balqabaq, şirin kartof, ispanaq, kələm.
B qrupu vitaminləri - çoxlu vitaminləri (B1, B2, B6, B12) özndə birləşdirir. Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.
C Vitamini - Güclü immun sistemi üçün ilkin şərt. Həmçinin güclü antioksidantdır. C vitamini əldə edə biləcəyiniz məhsullar; sitrus meyvələri, kivi, brokoli, qırmızı bibər, gül kələm.
D Vitamini - Bu sümüklər üçün lazımdır. O, süd, ton balığı, şirin kartofda zəngindir.
E Vitamini - Onun çatışmazlığı sinir zədələnməsinə gətirib çıxarır. O, həmçinin xərçəngin qarşısını almaq üçün kömək edir. Antioksidantların mənbəyidir. E vitamini əldə edə biləcəyiniz məhsullar; badam, günəbaxan, avokado.
K Vitamini - Qanın laxtalanmasında, kövrək sümüklərdə, hüceyrələrin böyüməsində mühüm rol oynayır. K vitaminini qara kələm, yaşıl kələm, ispanaq, çuğundur yarpağı, brokoli və brüssel kələmindən əldə edə bilərsiniz. Digər yaxşı tərəfi isə yaşıl yarpaqlı tərəvəzlərin də lif, vitamin A və vitamin C ilə zəngin olmasıdır.