
Artıq çəki
Artıq çəki dedikdə ÜST-nın verdiyi məlumata əsasən bədən kütlə indeksinin (BKİ) 25-ə bərabər və ya yuxarı olmasını artıq çəkili olmaq deməkdir. BKİ-nin 30-a bərabər və ya yuxarı olmasını isə piylənmə kimi təyin edir.
Hazırda dünya əhalisinin 1,4 milyardı artıq çəkidən əziyyət çəkir. Bu kifayət qədər böyük bir rəqəmdir. Üzücü daha bir fakt isə ondan ibarətdir ki, hər il milyonlarla insan artıq çəki və piylənmə səbəbindən həyatını itirir.
Həmçinin bu problem körpələrimizdən də yan keçməyin. Bugün dünyada 5 yaşa qədər olan 4 milyondan çox uşaq artıq çəkiyə malikdir və bu say durmadan artır. Artıq çəkili uşaqlar yetkinlik yaşına çatanda avtomatik olaraq piylənmənin qurbanı olurlar. Belə uşaqlarda artıq çəkiyə malik olmayan uşaqlara nisbətən daha cavan yaşlarda diabet və ürək-damar xəstəliklərinin yaranma ehtimalı çoxdur. Bu da öz növbəsində vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır.
Fiziki aktivlik olmadan yüksək kalorili məhsulların artıq miqdarda qəbulu çəkinin qeyri-sağlam artmasına gətirib çıxarır. Fiziki fəaliyyətin aşağı səviyyədə olması da həmçinin düzgün olmayan enerji balansına və çəkinin artmasına gətirib çıxarır.
Bədən kütlə indeksi kilonuzun boyunuza nisbətini əsas götürən bir metoddur. Yəni çəkinizi boyunuzun kvadratına bölməklə alınan saydır.
Düstur: Çəki / (Boy x Boy)
Bilməlisiniz ki, aldığınız əlavə, artıq çəki köklük yaxud piylənmə demək deyil! Bu hesablama metodu ilə sizdə piylənmə yaxud da sadəcə artıq çəkinin olduğunu asanlıqda müəyyən edə bilərsiniz.
BMİ Göstəriciləri:
- 18.5 - dən aşağı olarsa az çəkili
- 18.5 - 24.9 arası normal çəkili
- 25 - 29.9 arası kökəlmiş
- 30 - 34.9 arası piylənmə
- 35 - dən yüksək kəskin piylənmə