
Enerji balansı – Metabolik balans
Metabolik balans - insan orqanizmində tarazlığı qoruyan, fərdə özəl tarazlaşdırılmış qidalanma proqramıdır.
Hansı ki, insana qısa zaman ərzində müvəffəqiyyətli nəticələr əldə etdirir lakin qısa zamanlı bir proqram deyildir. Yəni müəyyən zaman çərçivəsində yox, bütün həyatınız boyunca sağlam qidalanma vərdişlərini öyrənib tətbiq etməlisiniz.
Metabolik balans kalori hesablamalarına ehtiyyac duyan bir proqram deyil. Bu sistem qan dəyərlərinə və fərdi göstəricilərinizə əsasən uyğunlaşdırılır və bunun nəticəsində çəki azaltmağa kömək olur. Yəni burada qidaların kalori dəyərindən çox glisemik yükləri və insanın fərdi metabolik özəllikləri diqqətə alınır.
Sizə özəl şəkildə tətbiq olunan metabolik balans proqramı ilə metabolik şifrənizi aşkara çıxararaq həm tez bir zamanda artıq çəkilərdən qurtulacaqsınız, həmdə buna olduqca sağlam bir şəkildə nail olacaqsınız.
Metabolik balansda:
- Qan dəyərləri əsas götürülür
- Kalori kesablamasına ehtiyyac yoxdur
- Fərdi metabolik özəlliklər diqqətə alınır
- Metabolik şifrə aşkara çıxarılır