
Hərkəsi birdəfə də olsa bu sual maraqlandırıb. Niyə bəzi insanlar çoxlu miqdarda və hər cür yemək yeyə bildiyi halda bəziləri belə deyil ?
Cavab metabolizmanın yəni maddələr mübadiləsinin sürətindədir. Həmçinin arıqlamaq, artıq çəkidən qurtulmaq istəyənlərin də əsas məqsədi metabolizmi gücləndirmək olmalıdır. Bu genlər, orqanizmin qanunu, yaş həddi, cins, hətta emosional hisslər kimi faktorlara bağlıdır. Aydındır ki, bu faktorların bəzilərini dəyişmək qeyri-mümkündür. Lakin orqanizmi aldadaraq metabolizmanı sürətləndirə bilərik.
Bunun bir neçə yoluna nəzər salaq :
- İdmanla məşğul olun
- Təmiz havada çox olun
- Artıq hamının bildiyi tez-tez lakin az az yemək
- Mütləq şəkildə səhər yeməyindən imtina etməyin
- Yod çatışmazlığınız varsa aradan qaldırın
- Soyuq duş qəbulu və orqanlarla bağlı olan aktiv nöqtələr olan dabanın masajı
- Duzlu su ilə silinmək. Hər dəfə duşdan sonra duzlu məhlulda isladılmış dəsmalla silinin
- Yuxu rejiminə diqqət yetirin. Yetərli qədər yatmadan metabolizanı normallaşdırmaq qeyri-mümkündür
- Vitaminlər və protein qəbulu maddələr mübadiləsi prosesini sürətləndirir. (həmçinin limon)
- Meyvə, tərəvəz, kəpəkdən hazırlanmış məmulatlar qanda şəkərin miqdarını çox artırmadığı üçün məsləhət görülür
- Mayeni yeməkdən ən azı 10 dəqiqə qabaq, 30 dəqiqə sonra qəbul etmək lazımdır. Təzə yarpaqlardan dəmlənmiş yaşıl çay da əladır.