
Mayelər
Bilməlisiniz ki, bədənin bütün gücü və sağlamlığı maye - birbaşa olaraq su üzərində dayanır. Su insan orqanizmi üçün vacib olan ən önəmli faktordur. Hansı ki, mayenin az qəbul edilməsi insan orqanizmi üçün təhlükəlidir.
Bədənimizin yarısının, beynimizin isə 85%-nin sudan ibarət olması suyun insan orqanizmi üçün nə qədər önəmli olduğu faktını bir daha qarşımıza çıxarır.
Bədənin maye tələbini daha çox qazlı və şirəli içkilərlə qarşılayanlar orqanizmlərinə nə qədər ziyan vurduqlarının fərqində belə deyillər. Bu cür mayelər yay aylarında bədən və damarı yumaq yerinə, əksinə daha da kirəclənməsinə səbəb olur. Bu içkilər insanın daha çox susamasına, dərinin boğulmasına, mədə-bağırsaq problemlərinin yaranmasına səbəb olur.
Biz suya təkcə susuzluğu yatırmaq üçün yox bədənin bir çox biokimyəvi proseslərini yerinə yetirən vacib element kimi baxmalıyıq. Həmçinin gümrah qalmaqdan ötrü də çoxlu su içmək məsləhətdir.
- İnsan beyninin 85%-i
- İnsan qanının 92%-i
- Əzələlərin 75%-i
- Sümüklərin isə 22 %-i sudan ibarətdir.
Bu səbəbdən insan bədəni susuz qaldığı təqdirdə ciddi fəsadlar yarana bilər. Kifayət qədər su içməmək bir sıra ciddi xəstəliklər meydana gətirər. Məsələn :
Araşdırmalar zamanı məlum olmuşdur ki, əgər insanın il ərzində su istehlakı gündəlik 1,5 litr olarsa, bədən əlavə 17,400 kalori yandıraraq, təxminən 2 kilo yarım azaldar.
Artıq çəki - Susuz qaldıqda bədən aktiv şəkildə toksinləri böyüdür və yağ hüceyrələrinin içində gizlədir. Bədən fəal şəkildə toksinləri aradan qaldıra bilmir və yağ hüceyrələrinin tərkibində saxlayır. Əgər bədən toksinləri təhlükəsiz şəkildə ata bilmirsə, deməli yağ hüceyrəsi azad olmayacaq.
Qəbizlik - Suyun çatışmazlığı, bədənin həlledici funksiyaları üçün su təmin etmək vəzifəsi qalın bağırsağa aiddir. Su kifayət qədər olmadıqda tullantı maddələr bağırsaq daxilində çox yavaş irəliləməyə başlayacaq, bu da qəbizliklə nəticələnəcək.
Yorğunluq - Su bədənin ən əhəmiyyətli enerji mənbəyidir. Dehidratasiya (susuzlaşma) bədəni yavaşladan fermentativ fəallığa (enzimatik) səbəb olaraq yorğunluq və halsızlığa gətirib çıxarır.
Astma və allergiya - Susuzlaşmaya məruz qalan bədən suya qənaət etmək üçün hava yollarını daraldır. Siz daha susuz qaldığınızı hiss etmədən histamin (qüvvətli damar genişləndirici maddə) bu vəziyyətin fərqinə varır və sekresiyasını (şirəsini, ifrazatını) artırır.
Dəri problemləri - Susuzlaşma dəri yolu ilə toksinlərin atılmasını da pozur. Hər cür dəri probleminə müqavimətsiz vəziyyət yaradır (dermatit, sədəf, qırışmalar vəs.).
Yüksək xolestrol - Bədən susuz qaldığı təqdirdə xolestrol səviyyəsini artıraraq hüceyrədən daha çox su itkisinin qarşısını almağa çalışar.
Həzm pozuntusu - Su və qələvi (kalsium və maqnezium ) mineralların əskikliyi qastrit, xora kimi bir çox həzm sistemi probleminə gətirib çıxarır.
Yüksək qan təzyiqi - Bədən normal vəziyyətdə tam olaraq su ehtiyacını ödədiyi təqdirdə qanın 92 faizi duru olar. Bədənin susuz qaldığı vaxtlarda isə qan qatılaşaraq qan dövranı əsnasında müqavimətə səbəb olur. Bu da qan təzyiqinin yüksəlməsi ilə nəticələnir.