• Məhəmməd Naxçıvani 15, Bakı
  • B.ertəsi - Şənbə: 09:00-17:00
author-img

Emil Hidayətli

Qərarlı ol, inan, səbr et və düzgün qidalanma ilə həyata 1-0 öndə başla!

author image

Çalışma saatlarımız:

Bizim iş qrafikimiz ilə tanış olun.
  • B.ertəsi - Cümə

    9.00 – 17.00

  • Şənbə

    9.00 – 14.00

  • Bazar

    Qapalı

Emil Hidayətli

Emil Hidayətli

Diyetoloq

Azərbaycan Tibb Universitetində (ATU) Həkim-anestezioloq ixtisası üzrə təhsilini 2005-ci ildə başa vurmuşdur. 1Saylı Şəhər Kliniki Xəstəxanasında 2002-2005-cu illər Tibb qardaşı, 2005-2006-cı illər Anestezioloq-Reanimatoloq, 2006-2009-cu illər ərzində isə Həkim-Anestizioloq kimi fəaliyyət göstərmişdir.

2011-ci ildə o, Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi təhsil - idarəetmə və biznes administrasiyası sahəsində magistr təhsili (MBA) almışdır. 2014-cü ildə Beynəlxalq qida mütəxəssisləri reyestrinin (Böyük Britaniya) qida mütəxəssisliyi üzrə diplomuna layiq görülmüşdür. 2013-2015-cü illər AİDA Tibb Mərkəzində Həkim-diyetoloq kimi çalışmış, həmçinin 2014-2016-cı illərdə Londonda Böyük Britaniya Müasir Xəstəliklər Kolleci və London South Bank Universitetində Həkim-diyetoloq, Piylənmənin müalicəsi üzrə mütəxəssis təhsilinə yiyələnmişdir.

2015-ci ildə həkim Ə.Əliyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə institutunda peşəkar terapiya kursu keçmişdir. 2014-cü ildən 2017-ci ilə kimi Londonda Britaniya müasir səhiyyə kollecində “Piylənmənin müalicəsi və idarə edilməsi” ixtisası üzrə magistr təhsili almışdır. 2017-ci ildə Almaniyada çəkinin azaldılması və tənzimlənməsi üzrə lisenziyalı “Metabolik tarazlıq” kursu keçmişdir.

2015-2016-cı illər Avrasiya Hospitalda Həkim-diyetoloq, 2016-cı ildən isə Gəncə Beynəlxalq Xəstəxanası Diyetoloq, Piylənmənin müalicəsi üzrə mütəxəssis olaraq fəaliyyət göstərir.

Azərbaycanda ilk dəfə olaraq 2018 ci ildə Ümumdünya Piylənmə federasiyasının (WOF) beynəlxalq proqramı çərçivəsində SCOPE sertifikatı almışdır. 2015-ci ildən World Obesity Federation-a üzvdür. Düzgün və sağlam qidalanma mövzusu üzrə çoxsaylı konfrans və seminarların spikeridir.

Aparıcı təlimçi:

  • «Nutriciologiya və dietologiyanın əsasları»
  • «Piylənmənin idarə edilməsi»
  • «Qida intoleransı üzrə sınaqlar»
  • «İş yerində düzgün qidalanma»