• Məhəmməd Naxçıvani 15, Bakı
  • B.ertəsi - Şənbə: 09:00-17:00
author-img

Emil Hidayətli

Qərarlı ol, inan, səbr et və düzgün qidalanma ilə həyata 1-0 öndə başla!

author image

Çalışma saatlarımız:

Bizim iş qrafikimiz ilə tanış olun.
  • B.ertəsi - Cümə

    9.00 – 17.00

  • Şənbə

    9.00 – 14.00

  • Bazar

    Qapalı

Missiyamız

Missiyamız

Bizim məqsədimiz

Hazırda elə bir dövrdə yaşayırıq ki, bütün dünyanı, ümumilikdə insanlığı düşündürən, narahat edən problemlərdən biri də insan sağlamlığının qorunmasıdır. Sözsüz ki, hər bir şüurlu insan rahat yaşamaq, sağlam həyat tərzi keçirmək üçün vacib şərtlərə əməl edir. Bilməlisiniz ki, sağlam yaşamağın təməlində isə məhz sağlam qidalanma durur. Bu prosesdə qarşıya çıxan bəzi problemləri ekoloji mühiti, maddi vəziyyəti nəzərə almasaq, demək olar ki, sağlam və düzgün qidalanma birbaşa insanın özündən asılıdır.

  1. İlk olaraq insan orqanizmi üçün vacib olan bütün qidalardan istifadə etməkdir. Deyə bilərik ki, elə bir qida məhsulu yoxdur ki, insan üçün onun tərkibində faydalı olan karbohidratlar, zülallar, yağlar, vitaminlər və minerallar olmasın. Unutmayın ki, çox yeyən deyil, ən vacib qidanı qəbul edən sağlam ola bilər.
  2. Düzgün qidalanmanın ikinci şərti qidalanmada müəyyən həddin gözlənilməsidir. Ehtiyyacdan çox yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Bu vərdiş halını alarsa, insanda bədən çəkisinin artması, kökəlmə əmələ gələ bilər.
  3. Üçüncü şərt vaxtlı-vaxtında qidalanmaqdır. İnsan, ümumiyyətlə, gündə 5-6 dəfə az-az, tez-tez qidalanmalıdır.

Missiyamız bu çətin və bir o qədər də vacib olan önəmli yolda sizə peşəkar dəstək verməkdən ibarətdir.

Fərdiləşdirilmiş qidalanma məsləhəti niyə daha effektivdir?

Elmi tədqiqatlar göstərir ki, fərdə uyğunlaşdırılmış qidalanma tövsiyələri ümumi, hamı üçün eyni olan tövsiyələrdən daha effektivdir — çünki insan onu özünə aid, şəxsi hesab edir və daha yüksək motivasiya ilə tətbiq edir. Bu sahədə aparılmış ən böyük tədqiqatlardan biri olan Food4Me layihəsi göstərib ki, fərdiləşdirilmiş qidalanma proqramı iştirakçıların qida rasionunu ümumi tövsiyələrə əməl edən qrupla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bənzər nəticələr digər klinik tədqiqatlarda da təsdiqlənib: fərdi qidalanma məsləhəti ürək-damar xəstəlikləri risk amillərinin azalmasına töhfə verir.

Fərdiləşdirmə praktikada nə deməkdir?

Fərdi yanaşma sadəcə "hər kəsə fərqli menyu" demək deyil — burada insanın qan göstəriciləri, sağlamlıq tarixçəsi, gündəlik fəaliyyəti və hətta həyat tərzi vərdişləri nəzərə alınır. Tədqiqatlar həmçinin göstərir ki, düzgün dəstəklənən fərdi qidalanma proqramları uşaq və yeniyetmələrdə böyümə göstəricilərinin yaxşılaşmasına, böyüklərdə isə davamlı sağlam vərdişlərin formalaşmasına kömək edir. Diyetologiya.az-ın missiyası da elə budur — hər müştəri üçün ona uyğun, sübuta əsaslanan fərdi yol xəritəsi qurmaq.

Mənbə: Frontiers in Nutrition, National Institutes of Health (NIH/PMC).

Təcrübəli ekspertlərimiz

Diyetoloqlar

Sizin çəki ilə olan problemlərinizi aradan qaldıracaq və qida vərdişlərinizi dəyişdərəcək komandamız

Diyetoloqlarımızda müraciət etməkdən çəkinməyin. Bütün ekspertlər

Qida Qəbul Proqramları

Bu necə olur?

Proqramlı şəkildə qidalanaraq çəkinizi daim nəzarətdə saxlaya bilərsiniz!

step-one
01
step-two
02
step-three
03
step-four
04

Sevimli Partnyorlarımız