
Diyetologiya.az saytı olaraq tərəfdaşımız Andop Akademiyası ilə birlikdə yeni layihəyə start verdik!
Diyetoloq olaraq insanlara düzgün qidalanmada kömək etmək, bu sahədə yeni bir cığır açmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!
Andop akademiyanının təşkil edəcəyi təlimlərdən keçən şəxslər xüsusi sertifikat ilə mükafatlandırılacaq və rəsmi Diyetologiya.az saytının təşkil edəcəyi lahiyələrdə iştirak hüququ əldə edəcəklər.
Layihəyə qoşulmaq istəyən şəxslər sosial şəbəkə səhifələrimiz üzərindən və ya aşağıda qeyd olunan mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Telefon: +994 50 281 19 89
Bizim rəsmi facebook səhifəmizə keçid üçün Tıklayın!
Bizim rəsmi instagram səhifəmizə keçid üçün Tıklayın!
ANDOP Akademiyası nədir?
ANDOP — Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyası — Azərbaycanda diyetologiya sahəsində sistemli təhsilin əsasını qoyan təşkilatdır və ölkədən çıxmadan tam təşkil olunmuş diyetologiya təhsili imkanı yaradan yeganə strukturdur. Akademiyanın proqramlarında qida maddələri, qidaların tərkibi və orqanizmə təsiri, rasional və balanslaşdırılmış qidalanma prinsipləri kimi mövzular tədris olunur. Kurslara əsasən müxtəlif ixtisaslardan olan həkimlər qatılsa da, idman məşqçiləri, idmançılar və sağlam qidalanma haqqında məlumat almaq istəyən hər kəs iştirak edə bilər. ANDOP həmçinin Dünya Piylənmə Federasiyasının (World Obesity Federation) üzvüdür.
Bu əməkdaşlıq nə üçün faydalıdır?
Diyetologiya.az olaraq ANDOP Akademiyası ilə əməkdaşlığımızın məqsədi diyetologiya sahəsinə maraq göstərən mütəxəssislərə etibarlı, struktur təhsil almaq imkanı yaratmaqdır. Sertifikatlaşdırılmış təlim proqramları həm yeni başlayan mütəxəssislərin bilik bazasını möhkəmləndirir, həm də artıq sahədə çalışanların biliklərini müasir elmi standartlara uyğunlaşdırmasına kömək edir. Bu cür təşəbbüslər ölkədə keyfiyyətli qidalanma məsləhəti göstərən mütəxəssislərin sayının artmasına və nəticədə cəmiyyətdə sağlam qidalanma mədəniyyətinin inkişafına xidmət edir.