
Hərkəsi birdəfə də olsa bu sual maraqlandırıb. Niyə bəzi insanlar çoxlu miqdarda və hər cür yemək yeyə bildiyi halda bəziləri belə deyil ?
Cavab metabolizmanın yəni maddələr mübadiləsinin sürətindədir. Həmçinin arıqlamaq, artıq çəkidən qurtulmaq istəyənlərin də əsas məqsədi metabolizmi gücləndirmək olmalıdır. Bu genlər, orqanizmin qanunu, yaş həddi, cins, hətta emosional hisslər kimi faktorlara bağlıdır. Aydındır ki, bu faktorların bəzilərini dəyişmək qeyri-mümkündür. Lakin orqanizmi aldadaraq metabolizmanı sürətləndirə bilərik.
Bunun bir neçə yoluna nəzər salaq :
- İdmanla məşğul olun
- Təmiz havada çox olun
- Artıq hamının bildiyi tez-tez lakin az az yemək
- Mütləq şəkildə səhər yeməyindən imtina etməyin
- Yod çatışmazlığınız varsa aradan qaldırın
- Soyuq duş qəbulu və orqanlarla bağlı olan aktiv nöqtələr olan dabanın masajı
- Duzlu su ilə silinmək. Hər dəfə duşdan sonra duzlu məhlulda isladılmış dəsmalla silinin
- Yuxu rejiminə diqqət yetirin. Yetərli qədər yatmadan metabolizanı normallaşdırmaq qeyri-mümkündür
- Vitaminlər və protein qəbulu maddələr mübadiləsi prosesini sürətləndirir. (həmçinin limon)
- Meyvə, tərəvəz, kəpəkdən hazırlanmış məmulatlar qanda şəkərin miqdarını çox artırmadığı üçün məsləhət görülür
- Mayeni yeməkdən ən azı 10 dəqiqə qabaq, 30 dəqiqə sonra qəbul etmək lazımdır. Təzə yarpaqlardan dəmlənmiş yaşıl çay da əladır.
Bu yollar elmi cəhətdən necə izah olunur?
Cleveland Clinic-in vurğuladığı kimi, metabolizmanı düzgün qidalanma, müntəzəm hərəkət, kifayət qədər yuxu və stresin idarə olunması ilə dəstəkləmək mümkündür. Xüsusilə yüksək intensivlikli interval məşqləri (HIIT) adi gəzintiyə nisbətən metabolizmi daha çox sürətləndirir, əzələ kütləsini artıran güc məşqləri isə istirahət halında belə daha çox kalori yandırılmasına kömək edir. Qida qəbulunda proteinin payı da əhəmiyyətlidir — bədən proteini həzm etmək üçün karbohidrat və yağa nisbətən daha çox enerji sərf edir, bu da gündəlik enerji sərfiyyatını bir qədər artırır.
Kofein, su və reallıq payı
Tədqiqatlar göstərir ki, kofein qısamüddətli olaraq yağ oksidləşməsini və enerji sərfiyyatını artıra bilər, kifayət qədər su qəbulu da metabolik proseslər üçün vacibdir. Bununla belə, mütəxəssislər xəbərdarlıq edir ki, bazarda təqdim olunan "metabolizm sürətləndirən" bir çox məhsulun elmi əsası zəifdir və bəziləri hətta arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Ona görə ən etibarlı yol — hər hansı sehrli üsula deyil, yuxarıda sadalanan sübutlu vərdişlərin məcmusuna əsaslanmaqdır.
Mənbə: Cleveland Clinic.