
Yeni tərəfdaşımız var! “SmFreshOil” ilə rəsmi əməkdaşlığa başladıq.
Yeni tərəfdaşımız “SmFreshOil” artıq 5 ildir ki, Sizlərə qatqısız və soyuq sıxım yağlar, şəkərsiz və konservantsız əzmələr, qlütensiz unlar, bitki toxumaları və bitki südləri təqdim edir.
“Qoy Qida Dərmanınız Olsun” sloqanını özünə missiya seçən şikətin bütün məhsulları 100% təbii xammal ilə və xüsusi nəzarətlə hazırlanır. Tam təbii tərkibi ilə uşaqlarınızın sağlamlığını belə rahatlıqla “SmFreshOil” məhsullarına əmanət edə bilərsiniz.
Həm daxilə həm də kosmetik məqsədlə istifadə oluna bilən kimyəvi qatqısız bu məhsullar - sağlam və gözəl qalmağınıza yardımçı olacaqdır.
Məhsulların hər biri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikatlaşdırılmışdır.
Sağlam həyata bizimlə addımla!
SmFreshOil məhsulları Dr. Maya Səbzəliyevanın nəzarəti ilə hazırlanılır.
SmFreshOil məhsullarının üstünlükləri:
- Qatqısız
- Şəkərsiz
- Konservantsız
- Qlütensiz məhsullar
- Yüksək keyfiyyətli xammaldan hazırlanılır
SmFreshOil məhsulları:
- Əzmələr
- Məcunlar
- Qlütensiz unlar
- Soyuq sıxım yağlar
Soyuq sıxım yağların qidalanmadakı yeri
Soyuq sıxım üsulu yağın istilik və kimyəvi emala məruz qalmadan hazırlanması deməkdir. Elmi ədəbiyyatın icmalına görə, bu üsul rafinasiya prosesinə nisbətən yağda daha çox faydalı birləşmənin — antioksidant təsirli tokoferolların, fitosterolların və polifenolların — qalmasına şərait yaradır, çünki hər bir rafinasiya mərhələsi bu mikroelementlərin bir hissəsinin itməsinə səbəb olur. Bu baxımdan gündəlik mətbəxdə soyuq sıxım yağlara üstünlük vermək qidalanma keyfiyyətini artıran sadə addımlardan biri sayılır.
Bu prinsiplə üst-üstə düşən "SmFreshOil" kimi yerli istehsalçılarla əməkdaşlıq bizim üçün məhz bu səbəbdən əhəmiyyətlidir: müştərilərimizə tövsiyə etdiyimiz qidalanma prinsiplərini gündəlik həyatda tətbiq etmək üçün etibarlı, yerli və şəffaf mənşəli məhsul seçimi təklif etmiş oluruq.
Mənbə: Frontiers in Nutrition.